- Müşahidə məntəqəsi
- 18 Avqust 2023 12:22
- 10 758
"İlham Əliyev daha bir möhtəşəm uğura imza atıb" -Fəzail Ağamalı
Avqustun 16-da yaşadığımız yüzilliyin nadir tarixi şəxsiyyətlərindən biri kimi cənab prezident İlham Əliyev daha bir möhtəşəm uğura imza atdı və dünya erməniliyinə növbəti ağır, sarsıdıcı zərbələr endirdi.
Aznews.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib.
Fəzail Ağamalı: "BMT Təhlükəsizlik Şurası Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə 200 ildən üzü bəri dünyanı bezdirən "erməni məsələsi"nin üzərindən əbədi olaraq xətt çəkdi. Bu, mübaliğəsiz olaraq Azərbaycan diplomatiyasının ermənilər və onları uzun illərdən bəri himayə edən güclər üzərində böyük qələbəsidir. Həlqə artıq daralmaqdadır. Seperatçıların qandallanıb istintaqa cəlb olunması, qeyri - qanuni silahlı dəstələrin isə məhv edilməsi an məsələsidir",-deyə bildirib.
"Əminəm ki, Milli İftixarımız, cənab İlham Əliyev 50 milyonluq xalqımıza qürurverici anlar yaşadacaqdır. Artıq onun çəkmələrinin səsi Xankəndində eşidilməkdədir. Uca Yaradan qələbələrinizi bol eləsin, Cənab Ali Baş Komandan!",-millət vəkili vurğulayıb.
Fəzail Ağamalı
17 Avqust 2023 - cü il