Politoloq: "Bununla ermənilər nə qədər çirkin xislətə malik olduqlarını göstərdilər"

Avro-2024-ün seçmə mərhələsinin 6-cı turunun Ermənistan - Xorvatiya matçı zamanı üzərində qondarma rejimin parçası olan dron stadion üzərində peyda olub.

“Ermənistan hər zaman mədəniyyəti, idmanı öz çirkin niyyətləri üçün istifadə edib”.

AzNews.az xəbər verir ki, bu sözləri politoloq İlyas Hüseynov söyləyib.

O qeyd edib ki, çox yaxşı xatırlayırıq ki, Ermənistan-Türkiyə futbol matçında Türkiyənin “İstiqlal marşı”nı dinləməyə erməni azarkeşlər izn vermədilər:

“Türkiyədə bunun cavabını çox yaxşı verdi. Lakin məhz Ermənistan- Xorvatiya matçında "Artsax bayrağı"nın yəni, əski parçasının dron vasitəsilə stadiona gətirilməsi, əlbəttə ki, çox şərəfsiz addımdır. Bununla ermənilər nə qədər çirkin xislətə malik olduqlarını göstərdilər. Diqqətimi çəkən bundan ibarətdir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da stadionda idi və məhz bu qondarma bayrağının stadiona gətirilməsi zamanı da sevinirdi. Üzü gülürdü və bununla Qarabağ ermənilərinə dəstək nümayiş etdirməyə çalışırlar. Lakin bu yalançı blokada, etnik təmizləmə təbliğatı artıq iflasa uğrayıb”.

Politoloq əlavə edib ki, hamı çox yaxşı bilir ki, həm blokada yoxdur, həm də Azərbaycan humanitar missiyanı yerinə yetirmək üçün öz yük avtomobillərində bölgəyə göndərib:

“Artıq Rusiyanın Qızıl Xaç Komitəsinin yük maşını Xankəndiyə çatıb. Düşünürəm ki, məhz Ağdam-Xankəndi marşrutu üzrə bütün yüklərin daşınması deməkdir. Lakin buna baxmayaraq, Ermənistan hələ də öz çirkin xislətindən əl çəkmir və inteqrasiya prosesinə mane olur. Məhz bu törədilən hadisə ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının UEFA və FİFA-ya şikayət etməsi mütləqdir. Bu düşmənçiliyi təşviq edən addım çox sərt qınanılmalı və cəzalandırılmalıdır. Bunu mütləq tələb etməliyik.

Xatırlayıram ki, Qarabağ futbol klubunun bir funksionerinə qarşı Ermənistanda bütün sosial şəbəkələr, media üsyana qalxmışdı və nəticədə biz Ermənistan tərəfindən kütləvi bu cür həmlələri müşahidə elədik”.

Ayan Rzayeva