- Müşahidə məntəqəsi
- 7 Noyabr 2023 13:58
- 9 096
Qarabağda yenidənqurma işlərinə Ruminıya şirkətlərini cəlb etmək olar - Politoloq
“Rumıniya Avropa İttifaqı ölkələri arasında Azərbaycan ilə strateji tərəfdaşlıq inkişaf etdirən dövlətlərdəndir. Azərbaycan-Rumıniya arasında strateji saziş də mövcuddur. Həmçinin regional layihələrdə də birgə iştirak edirik”.
Bunu AzNews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, biz Rumıniyaya təkcə qaz-neft deyil, həm də elektrik ixrac edəcəyik.
“Bu da əməkdaşlığın vacib sahələrindən biridir. Hesab edirəm ki, Qarabağda yenidənqurma işlərinə də Ruminıya şirkətlərini cəlb etmək olar və bu mümkündür. Adətən Qarabağdakı yenidənqurma işlərinə Azərbaycana dost, tərəfdaş olan dövlətlər cəlb olunur. Bu istiqamətdə Rumıniyanın maliyyə imkanları çox geniş olmasa da, məncə, bir qrup şirkəti Qarabağda yenidənqurma işlərinə cəlb edilə bilər”
Rəfiqə NAMAZƏLİYEVA