- Müşahidə məntəqəsi
- 16 Noyabr 2023 17:42
- 8 164
Qarabağ məsələsini alət kimi istifadə edənlərdən birincisi elə Paşinyandır - Politoloq
“Paşinyanın fikirlərini şərh etmək hər zaman çətin olur. Çünki o qeyri-adekvat siyasətçidir. Çox zaman fikirləri də bir-birinə zidd və həqiqəti əks etdirməyən olur. Parlamentdə Qarabağ məsələsinin Ermənistan dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə edildiyini deməsinin səbəbinin nə olduğunu da anlamaq çətin deyil".
Bu sözləri AzNews.az-a açıqlamasında Murad Saddədinov deyib.
O bildirib ki, burada əsas məqsəd Qarabağın itirilməsi ilə bağlı erməni cəmiyyətində yaranmış müəyyən narazılıqların qarşını almaqdır.
"Bu narazılıqları müxalif qüvvələr ona qarşı təbliğatlarında istifadə edirlər. Paşinyan da bunun qarşısını almaq üçün absurd arqumentlər səsləndirir. Qarabağ məsələsini alət kimi istifadə edənlərdən birincisi elə Paşinyan olub. Onun yadına salmaq lazımdır ki, Şuşada Cıdır düzündə rəqs edəndə "Qarabağ Ermənistandır" demişdi. Sadəcə Azərbaycan sənə torpaqlarımızı işğaldan azad edib, layiqli cavabı verdi”.
Rəfiqə NAMAZƏLİYEVA