Onların bizə nə yardımı, nə də hərbi köməyi lazımdır - Fikrət Sadıqov

“Görünən odur ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra müəyyən xarici qüvvələr çox narahat olub. Azərbaycan qismində böyük bir gücün yaranmasından narahatdırlar. Üstəlik Azərbaycan-Türkiyə tandemi onları demək olar ki, qorxudur.”

Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

O deyib ki, xarici qüvvələr müxtəlif yollardan istifadə edərək Azərbaycanın reytinqini aşağa salmaq fikrindədirlər və tənqid edərək reallığa tamamilə uymayan hədə-qorxular gəlirlər.

“Bizimlə “müəllim” tonu ilə danışırlar. Bu təbii ki, dözülməz bir haldır. Onlar sadəcə olaraq hər şeyi bilir, anlayırlar. Ancaq buna baxmayaraq, Ermənistana dəstək verməklə hesab edirlər ki, Azərbaycan çəkinəcək və bundan sonra onların istədiyi yolla hərəkət edəcək. Lakin çox yanılırlar. Çünki Azərbaycan bütün torpaqlarını işğaldan azad edib. Minsk qrupundan da imtina edib. Bu da onları narahat edən amillərdən biridir. Düşünürəm ki, onların bizə nə yardımı, nə də ki hərbi maliyyə köməyi lazımdır. Bizim eyni kursla burada getməsi konkret özümüzün təhlükəsizliyini təmin etmək addımların atılması tam mənada bizim maraqlarımıza cavab verir”, - deyə o əlavə edib.

Rəfiqə NAMAZƏLİYEVA