- Müşahidə məntəqəsi
- 29 Noyabr 2023 13:59
- 6 060
Sarkisyan və Köçəryan Paşinyana mane ola bilməyəcək - Elxan Şahinoğlu
“Keçmiş seperatçı olan Serj Sarkisyan Nikol Paşinyana müxalif mövqedən çıxış etdiyinə görə imkan vermək istəmir ki, birbaşa danışıqlar, sərhəddə görüşlər təşkil olunsun. Ancaq bu Serj Sarkisyanın istəyindən asılı deyil. İstər Serj Sarkisyanı, istər Robert Köçəryanın Ermənistanda heç bir nüfuzu yoxdur. Onların nüfuzu seperatizm üzərində idi. Azərbaycan isə seperatizmə son qoydu. Bu iki şəxs ölkələrində də korrupsiya ilə məşğul olurdular. Ona görə erməni cəmiyyətində onların rəyi, fikirləri heç nə ifadə etmir.”
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu deyib.
O bildirib ki, əsas olan Paşinyanın qərar verməsidir, çünki sülh sazişinin yolu Azərbaycanın və Ermənistanın birbaşa danışıqlarından gedir.
“Əlbəttə, erməni radikal qüvvələr buna mane olmağa çalışacaqlar. Lakin Paşinyanın hələ də erməni cəmiyyətində dəstəyi var, yetər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsin, bu istiqamətdə addımlar atsın. Onsuz da Serj Sarkisyan və Robert Köçəryan ona mane ola bilməyəcəklər”.
Rəfiqə NAMAZƏLİYEVA