- Müşahidə məntəqəsi
- 12 Dekabr 2023 23:10
- 9 012
Heydər Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə böyük işlər yazmış şəxsiyyətdir - Millət vəkili
“Heydər Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə böyük işlər yazmış şəxsiyyətdir. Ümummilli lider Azərbaycan xalqının tarixinə, potensialına, xalqın üzləşdiyi problemlərə çox yaxşı bələd idi. Eyni zamanda ona Tanrıdan gələn fitri istedad, liderlik istənilən məsələnin həllinə düzgün cavab tapmaq qabiliyyəti bir çox mühüm işləri həyata keçirməyə imkan verdi”.
Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən həmin orqanı cəmiyyəti cəzalandıran orqandan cəmiyyəti qoruyan orqana çevirdi.
“O, bir çox ziyalılarımızı qanunsuz həbslərdən və təqiblərdən xilas etdi. Azərbaycana rəhbərlik edərkən geridə qalmış Azərbaycanın iqtisadiyyatını inkişaf etdirdi. Həmçinin mədəniyyətini, incəsənətini və digər sahələri SSRİ və dünya səviyyəsində tanınan bir bölgəyə çevirməyi bacardı. Həmin dövrdə onun cəmiyyətlə, ziyalılarla, sadə insanlarla apardığı söhbətlər hələ də xalqın yaddaşındadır”.
Rəfiqə NAMAZƏLİYEVA