- Müşahidə məntəqəsi
- 13 Dekabr 2023 21:57
- 9 729
Həmin şəxslərin müqəddəratından digər erməni qırıqları da nəticə çıxarmalıdırlar - Politoloq
“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra o cümlədən də antiterror tədbirlərindən sonra öz ərazisində separatizmə son qoydu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Separatizm meyillərini ortaya qoyan, separatizmlə məşğul olan şəxslərin böyük əksəriyyəti bu gün layiq olduqları yerdədilər. Bizi əsas narahat edən ərazi bütövlüyümüzə təhdid olan həmin qüvvələrin, cinayətkar rejimin ünsürlərinin Azərbaycan ərazilərindən təmizlənməsi məsələsi idi. Amma indi onlar Ermənistanda fəaliyyət göstərirlərsə, bu əlbəttə Ermənistanın Azərbaycan ilə münasibətlərinə təsir etməyə bilməz. Eyni zamanda həmin o qüvvələr ki var, onlar fəailiyyətləri və mövcudluqları ilə əslində Azərbaycanın suverenliyinə təhlükə yaradırlar”.
Bunu AzNews.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirib.
O deyib ki, əgər Ermənistan yalnız dildə deyil, həm də əməldə Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirsə, həmin şəxslərin öz ərazisində Azərbaycana qarşı fəaliyyətini əngəlləməlidir.
“Təbii ki, gələcəkdə onların fəaliyyətləri bizim üçün narahat edici məqamları ortaya qoyacaqsa və yaxud göstərdikləri fəaliyyətlə bağlı Azərbaycana yenidən ərazi iddiası edəcəklərsə, bu halda bizim rəsmi mövqeyimiz olacaqdır.
Azərbaycan cəmi 23 saat ərzində onların mövcudluğuna son qoydu. Bundan sonra da onlar Azərbaycan ərazisində hər hansı bir fəaliyyət ortaya qoya bilməzlər. Çünki biz öz ərazilərimizdə prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan dövlətinin yaradılmasına heç vaxt imkan vermərik”.
Politoloq qeyd edib ki, bu məqamları nəzərə alsaq, Azərbaycanın cinayətkar ünsürlərlə bağlı prinsipal mövqeyi var və əvvəlki vəziyyətdən fərqli olaraq bu gün onlar Azərbaycan ərazilərində mövcud deyillər.
“Digər fərqli məqam isə ondan ibarətdir ki, həmin cinayətkar ünsürlərin əsas rəhbərləri olmuş, qondarma seçkilərlə prezidentləri seçilmiş Arayik Arutyunyan, Arkadi Qukasyan və digərləri layiqli cəzalarını gözləyirlər. Eyni zamanda son zamanlar öz cinayətkar fəailiyyətləri nəticəsində əldə etdikləri böyük vəsaitlərlə gündəmə gələn, Azərbaycan ərazisində terror cinayətlərinin maliyyələşməsinə cəhd göstərən Ruben Vardanyan kimi cinayətkar ünsürlər bu gün Azərbaycanın ədalət mühakiməsi nəticəsində onlara müəyyən ediləcək cəzanı gözləyirlər. Həmin şəxslərin müqəddəratından, taleyindən qeyd etdiyimiz digər erməni qırıqları nəticə çıxarmalıdılar. Anlamalıdırlar ki, cinayətkar ünsürləri zərərləşdirmək, məsuliyyətə cəlb etməklə Azərbaycanın atdığı addımları heç kim və heç nə mane ola bilmədi. Sonda isə onlara demək lazımdır ki, silahı, mənfur düşüncələrini, utopik ideyalarını və Cənubi Qafqazdakı separatist meyillərini kənara qoysunlar. Əks təqdirdə onların taleləri heç də digər cinayətkar ünsürlərinkindən fərqli olmayacaq”.
Rəfiqə NAMAZƏLİYEVA