- Müşahidə məntəqəsi
- 8 Yanvar 2024 20:57
- 7 422
Rusiya-Qərb münasibətləri artıq əvvəlki kimi olmayacaq - Ekspert
“Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkili Boris Titovun dediyində həqiqət var. Artıq Rusiya ilə Qərb arasında olan münasibətlər o qədər tarıma çəkilib ki, heç nə əvvəlki kimi olmayacaq. Eyni zamanda mənə də elə gəlir ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrə qayıtmaq mümkün olmayacaqdır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, əleyhinə aparılan kampaniyalar, iqtisadi-siyasi sisteminə, geopolitik maraqlarına qarşı Qərbin həyata keçirdiyi fəaliyyət onu deməyə əsas verir ki, konfrontasiya qarşıdakı dövrdə daha da dərinləşə bilər".
Bunu AzNews.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, Rusiya-Ukraniya müharibəsi ilə paralel Yaxın Şərqdə də müharibə baş verdi və bu müharibə də bizə 20-ci əsrdən miras qalıb.
“Ola bilsin ki, Rusiya-Ukrayna müharibəsi də onilliklər, əsrlər boyu davam etsin. Digər tərəfdən Ukrayna xalqı da Rusiyaya qarşı nifrətini uzun illər bəsləyəcəkdir. Yeni nəsil baş verən hadisələri unutmayacaqdır. Eyni ilə bu Ukraynanın davranışları ilə bağlı Rusiya üçün də keçərli olacaq. Hər müharibə özündən sonra ciddi nəticələr qoyur. Məsələ əlbəttə ki, dostluq münasibətlərini, strateji müttəfiqliyin qurulmasına qədər münasibətləri inkişaf etdirmək deyil. Hazırda yaranan vəziyyəti normallaşdırmaqdır. Müharibənin aradan qaldırılmasına dair bütün səylər gücləndirilməlidir. Fikrimcə, Qərblə Rusiya arasında olan hazırki çatlar yaxın müddət ərzində öz həllini tapmayacaq".
Rəfiqə NAMAZƏLİYEVA