- Müşahidə məntəqəsi
- 9 Yanvar 2024 23:07
- 7 777
Azərbaycan artıq diqtə edən tərəfdir - Politoloq
“Azərbaycan Zəngəzur dəhlizinin açılmasında birinci öz dövlət maraqlarını nəzərə aldı. Daha sonra isə həm region dövlətlərini, həm də dünya ölkərini bu dəhliz vasitəsilə böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün yaxşı vasitə olduğunu bildirdi. Bu yolda da iri addımlarla irəliləmək təşəbbüsündə oldu. Ermənistan ilk baxışda 10 noyabr 2020-ci il razılaşmasında sənədə razılıq verdi. Həmin sənəddə dəhlizin açılmasına müsbət yanaşdığını bildirdi. Ancaq təəssüflər olsun ki, bir müddətdən sonra bu dəhlizin açılması ilə bağlı verdiyi sözü yerinə yetirməkdən boyun qaçırdı. Bu da təbii ki, üçüncü ölkə olaraq Rusiya da iştirak edirdi və bu həm də Rusiyaya qarşı bir yanlış idi. Rusiya da belə səhvləri əlbəttə bağışlamaz. Bir növ Rusiyanı aracı kimi görmüşdü. Çünki Ermənistan Rusiyadan xahiş etmişdi ki, Azərbaycana xahiş etsin və atəşkəs olsun. Ermənistan bütün dünya dövlətlərinə, onların liderlərinə yalvarırdı. Onlar cənab prezidentə xahiş edə bilmirdilər. Çünki Azərbaycan son nöqtəyə kimi gedib öz ərazilərini işğaldan azad etmək fikrində idi. Rusiya prezidenti Azərbaycandan xahiş etdikdən sonra atəşkəsi dayandırdı və Ermənistan bəzi məqamları yerinə yetirməyi öz üzərinə götürdü.”
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib.
Siyasi şərhçi qeyd edib ki, təəssüf ki, Ermənistan sonradan Zəngəzur dəhlizi ilə bağlı məsələdə boyun qaçırdı.
Azərbaycan da alternativ variant kimi İran üzərindən bu dəhlizin açılmasına cəhd etdi.
“Artıq razılaşma əldə olundu eyni zamanda Azərbaycan İranla bu məsələni reallığa çevirdi. Belə olduğu təqdirdə ABŞ gördü ki, ABŞ Ermənistanı nə qədər təsir göstərsədə bu dəhlizin açılmasına mane olsun. Bu Ermənistanla bərabər Qərbə, ABŞ-a zərər yetirdi. Çünki Azərbaycan İranla bu razılaşmanı əldə edib. Kənarda qalan həm Ermənistan, həm də Qərb olacaqdır. Qazanan isə təbii ki, İran və digər qonşu region dövlətləri olacaq. ABŞ artıq qurduğu planların iflasa uğradığını hiss etdi. Ona görə də Ermənistana yeni təzyiqlər göstərərək, yeni tapşırıqlar verərək Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərişlər verdi və açılmasının labüdlüyünü bildirdi. ABŞ əlbəttə istədi ki, bu məsələ Zəngəzur dəhlizi vasitəsilə olsun. Həm Ermənistanda ora daxil olsun, ABŞ və Qərb nəzarət edə bilsin. Azərbaycan vətən müharibəsində qalib gəldikdən sonra regionda diqtə edən tərəfdir. Azərbaycanın üzərindən kimlərinsə plan qurmasına Azərbaycan imkan vermir. Biz bunu bütün dönəmlərdə görürdük ancaq indi daha da qətiyyətli şəkildə ərazilərimizi işğaldan azad etdikdən sonra aydın görə bilirik”.
R. Alıyev sonda vurğulayıb ki, indi bizlərin dövrüdür və biz artıq diqtə edən tərəfik. Buna görə də istər Qərb, istərsə də böyük güclər Azərbaycanın şərtləri ilə uyğunlaşmalıdır.
“Azərbaycanın şərtlərini qəbul etməlidirlər ki, regionda böyük bir layihələri həyata keçirə bilsinlər. Hesab edirəm, istər İran üzərindən keçməklə istər də Zəngəzur dəhlizinin açılması ilə bu yolun istifadə verilməsi Azərbaycanın, Türkiyənin xeyrinədir. Bunu Qərb daha dərindən düşünməlidir ki, Zəngəzur dəhlizi açılsa Qərbində bu işə bir faydası olarki, gələcəkdə Qərb də bu yoldan faydalana bilsin. Əlbəttə bu yolun açılması ən başlıca Çinin, Türkiyənin, Azərbaycanın, Rusiyanın və digər ölkələrin marağındadır. Düşünürəm ki, ən başlıca maraq elə Ermənistanın olmalıdır. Çünki Ermənistan artıq blokadadan qurtula bilsin. ABŞ isə Ermənistanın sanki blokadadan çıxmağına imkan verməyəcək addımlarla istəmir ki, Ermənistan blokadadan çıxa bilsin. Azərbaycan üçün heç bir fərqi yoxdur və təbii ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması daha önəmlidir. Ancaq Ermənistanın belə bir işdən boyun qaçırması Azərbaycanı ikinci alternativ variantdan istifadə etməyə məcbur etdi. Hesab edirəm ki, yaxın zamanda artıq yol açılacaqdır. “
Rəfiqə NAMAZƏLİYEVA