Siyasi şərhçi: "Makron Fransa tarixində hakimiyyətin ən uğursuz simasıdır"

“Hesab edirəm ki, Fransa Senatının belə bir qətnamə qəbul etməsi iki dövlət arasındakı münasibətlərə pis təsir göstərir. Onsuz da münasibətlər hazırda tarixinin ən pis məqamındadır. Hər iki tərəf arasında münasibətlər demək olar ki, yox dərəcəsindədir. Senatın belə bir qərar qəbul etməsi faktiki olaraq münasibətlərin dayandırılması həddinə gəlib çıxardı. Buna cavab olaraq da Azərbaycan parlamentinin müvafiq komitəsinin Azərbaycanda Fransa şirkətlərinə qarşı onlarla əməkdaşlığın dayandırılması ilə bağlı çağırışı da tam yerində olan bir məsələ oldu. Budur Fransa Senatının qəbul etdiyi qərarın təsiri, əhəmiyyəti və nəticəsi”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Şərhçi qeyd edib ki, Cənubi Qafqazda, Afrika və dünyanın digər ölkələrində istəklərinin riskə atılması, normal siyasət yeridərək maraqlarının qorunması kimi məqamlar artıq Fransanın hazırkı hakimiyyəti ilə tarixin arxivinə gedir.

“Makron Fransa tarixində hakimiyyətin ən uğursuz simasıdır. Çünki Fransanın dünyanın əksər bölgələrindən, istər ordularının, diplomatlarının, istər şirkətlərinin qovulması hadisəsini biz müşahidə edirik. Senatın da qəbul etdiyi bu anti-Azərbaycan, türkəfob, islamofob və ermənipərəst qərarının nəticəsi belədir”.

Rəfiqə NAMAZƏLİYEVA