Paşinyandan sülhə dair yeni təkliflər

Ermənistan tərəfi müstəqil olmayan xarici siyasəti sayəsində sülh danışıqları ilə bağlı “gah nala, gah mıxa vurmağa” davam edir. “Sülhün bir addımlığındayıq” deyən Paşinyan yenidən sülh prosesini dalana salacaq addımlar atır. Yeni təkliflər irəli sürən baş nazir absurd nitqinə davam edir. İrəli sürdüyü təkliflərdən biri silahlara qarşılıqlı nəzarət edilməsidir. Azərbaycan tərəfi onsuzda Qənimətlər Parkında Ermənistanın silahlarına nəzarət edir. Qalib ölkə hansı əsasla öz silah arsenalını məğlub ölkənin nəzarətinə təqdim etməlidi? İkinci təklif sülh müqaviləsi imzalananadək hücum etməməyə dair paktın imzalanmasıdır. Bu təkliflə də Paşinyan etiraf edir ki, sülhün imzalanmasını hələ çoc gecikdirə bilər. Nəinki sülh, fərqli təxribatlarla Bakını hərbi addımlar atmağa vadar edə bilər. İndiki şərtlərdə Bakı hücum etməyəcəyini dəfələrlə bildirib. Bu bəyanatların ardınca hələ də ordumuzun hücum edəcəyindən xoflanırsa, demək ki, təxribat planları mövcuddur. İstənilən halda ölkəmiz üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Beynəlxalq hüquq prinsiplərini prioritet elan edib. Lakin qarşı tərəf sülhə boyun əymirsə və revaşn dili ilə danışmağa davam edirsə, bizim cavab reaksiyamız da adekvat olacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi