"Göyçə mahalında da demarkasiyanın davam etməsi növbəti mərhələdə də mümkündür” - hərbi ekspert

“Erməni KİV iddia edib ki, Tavuşdan sonra Azərbaycanla sərhədlərin demarkasiyası prosesinin Geqarkunik vilayətində (Göyçə mahalı – red.) həyata keçiriləcəyi gözlənilir. Prosesin bu mərhələsində həmin ərazidə 12 müdafiə mövqeyinin Azərbaycanın nəzarətinə veriləcəyi bildirilir. Bununla bağlı artıq işlərin başladığı və prosesin demarkasiyanın qanuni tələbi olduğu qeyd edilib”.

“Təbii ki, demarkasiya prosesi davam etməlidir. Bu, Ermənistan üçün kifayət qədər böyük əhəmiyyət daşıyır. Azərbaycanda bu prosesdə maraqlıdır. Bu proses tamamilə Azərbaycan tərəfinin tələbləri əsasında, həmçinin Azərbaycanın milli və dövlət maraqları qorumaqla həyata keçirilir. Göyçə mahalında da demarkasiyanın davam etməsi növbəti mərhələdə də mümkündür”.

Bunu AzNews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert qeyd edib ki, növbəti mərhələlərdə də müdafiə mövqelərinin Azərbaycanın nəzarətinə verilməsi tamamilə mümkün görünür.

“Çünki demarkasiya və delimitasiya proseslərində müxtəlif illərin xəritələrindən istifadə olunacağı gözlənilir. Hər bir halda Ermənistanın hazırda yerləşdiyi ərazilərin bir çoxu Azərbaycanın tarixi torpaqlarıdır. Odur ki, Ermənistan mediasının yazdıqları ehtimallara əsaslanır. Hazırda Göyçədə delimitasiya və demarkasiya işləri, hansısa mövqelərin Azərbaycan nəzarətinə verilməsi ilə bağlı heç bir proses getmir. Lakin bu proseslərin yaxın perspektivdə həyata keçiriləcəyi gözləniləndir”.

Rəfiqə NAMAZƏLİYEVA