Paşinyanın komandası parçalana bilər - Ermənistanda sular durulmur

“Ermənistanda hakimiyyət daxilində parçalanma başlayıb. Artıq iqtidardakı sorosçular arasında fikir ayrılığı yaranıb. Ziddiyyət İsveçrədə keçirilən Sülh Sammitindən sonra ortaya çıxıb. Bölünməyə əsas səbəblərdən biri kimi bu qanadın təmsilçisi sayılan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sammitdə çıxışdan imtina etməsi göstərilir”.

“Əgər müxalifətin təzyiqləri artarsa, müxalifət daxildən və xaricdən geniş dəstək əldə edə bilərsə, təbii ki, Paşinyanın komandasında ayrılıqda, bölünmə də yaranacaq. Hələ Paşinyanın əleyhinə çıxanların sayı da arta bilər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, Paşinyan elə bir qeyri-adi dərəcədə istedada malik olan parlaq siyasətçi deyil ki, əgər müxalifətin gücü artarsa, bu parçalanmanın qarşısını ala bilsin.

“Amma burada söhbət əlbəttə, müxalifətin gücünün artma, güclənmə ehtimalından gedir ki, biz də Baqrat Qalstanyana və ona dəstək verənlərin bu potensialını görə bilmirik. Artıq neçə həftədir ki, küçə aksiyaları keçirirlər. Parlamentdə hökumətə etimadsızlıq göstərir, yetərsay toplaya, yetərli qədər sosial baza toplaya bilmirlər. Müxalifətin bu ehtimalına və Paşinyan hakimiyyətinin, hökumətinin parçalanma ehtimalına o qədər də inanmıram. O ki qaldı Ukraynadakı konfransda, onların çıxışı, fərqli mövqelər göstərməsinə Paşinyanının özüdə, komandasının üzvləri də ümumiyyətlə, ziddiyyətli siyasətçilərdir. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı biz onların hər dəfə fərqli açıqlamalar verdiyinin şahidi oluruq. Yəni bu mənada burada bir yenilik yoxdur. Ola da bilər ki, o bir gediş ola bilər. Onun komandasının üzvləri fərqli mövqelər göstərməklə beynəlxalq təzyiqlərdən, hansısa məsələlərdən yan qaçmaq üçün belə bir fərqli mövqe göstərə bilərlər. Yekun olaraq qeyd edim ki, müxalifətin hazırkı dönəmdə o potensialını görmürəm. Güclü bir təzyiq göstərib və Paşinyan hakimiyyəti daxilində parçalanma yarada biləcəyini düşünmürəm”.

Rəfiqə NAMAZƏLİYEVA