Orbanın çağırışı nə ilə nəticələnəcək? - AÇIQLAMA

“Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula von der Leyenin dəyişdirilməsinə çağırıb. Bununla yanaşı, Viktor Orban Ursula von der Leyenin vəzifədə olduğu 5 ili ən pis dönəm kimi xaraktrizə edib. Ursula von der Leyen Azərbaycan üçün münasib diplomatdır”.

“Macarıstanın baş naziri Viktor Orbanın belə bir təklif irəli sürülməsi əslində başa düşüləndir. Çünki o, ikinci yer idi. Ursula von der Leyenin vəzifədən getməsi təqdirində özü bu vəzifəyə gələcək. Təxminən bizim üçün vəzifə dəyişdirməyəcəkdir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi ekspert Turan Rzayev deyib.

O qeyd edib ki,Viktor Orban bizim üçün daha münasib bir şəxs ola bilər.

“Bu baxımdan da bu tipli bir təyinatın olacağı təqdirdə rəsmi Bakı heç nə itirmir. Lakin mən bunun olacağını düşünmürəm. Bu, sadəcə bir çağırışdır və anqlosakson diplomatiyasında da belə bir şey var. Qərbdə bu ənənə var ki, seçilmisənsə, demokratik seçilmisən. Demokratik seçilən birisi tələblər, istəklərlə vəzifədən getmir. Böyük ehtimal ilə vəzifəsinə davam edəcəkdir. Orbanın da bu təklifi də sadəcə təklif olaraq qalacaq. Ancaq bundan əlavə hər iki variantda bizim üçün sərf edir və xüsusi bir dəyişiklik olacağını düşünmürəm”.

Rəfiqə NAMAZƏLİYEVA