- Müşahidə məntəqəsi
- 22 İyul 2024 15:43
- 6 794
"Qərbdə Azərbaycan liderinə maraq və diqqət böyükdür" - siyasi şərhçi
“İki həftə öncə Şərq Bloku Astanada ŞƏT çərçivəsində bir araya gəldi. Qərbə, bütün dünyaya əzələ nümayiş edildi. Azərbaycan da o toplantıda ciddi performans nümayiş etdirdi. İyulun 18-də isə Qərb Bloku İngiltərədə toplaşdı. Maraqlıdır ki, Azərbaycan hər iki blokun toplantısında iştirak edir”.
“Azərbaycan Astanada ŞƏT çərçivəsində çox uğurla təmsil olundu, Çinlə geniş sahələri əhatə edən ikitərəfli strateji tərəfdaşlıq sazişi imzalandı, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə yaxşı əlaqələri vardır. Ötən həftə İngiltərədə keçirilən Avropa Siyasi Sammitinə də Azərbaycanın dövlət başçısı qatıldı və təqribən 10-a yaxın hökumət və dövlət başçıları ikitərəfli görüşlər və uğurlu danışıqlar aparıldı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
O qeyd edib ki, görünür ki, Qərbdə də Azərbaycan liderinə maraq və diqqət böyükdür.
“Prezident Əliyev ötən gün çıxışında da qeyd etdiyi kimi Azərbaycanın Avropa İttifaqına üzv olan 10 dövlətlə yaxın əlaqələri mövcuddur. İngiltərə ilə Azərbaycanın əlaqələri da bu baxımdan mühüm sayıla bilər. Fransa kimi dövlətin orda olmasına rəğmən və Ermənistanla-Azərbaycan rəhbərləri arasında görüşə mane olması cəhdlərinə baxmayaraq hesab edirəm ki, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı uğurlu keçdi. Ümumiyyətlə ölkəmiz Avropa Siyasi Birliyinin zirvə görüşlərinin demək olar ki, əksərində çox yüksək səviyyədə qarşılanır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan iqtisadi baxımdan Şərq dövlətləri üçün yaxın tərəfdaş hesab edilir. Həm də bu arialda Azərbaycana etnik və tarixi baxımdan yaxın olan Türk dövlətləri var ki, Azərbaycan öz gələcəyini bu istiqamətdə görür. Eyni zamanda Avropa Siyasi Birliyinin zirvə görüşü çərçivəsində keçirilən dəyirmi masada Cənab Əliyev Qərb dövlətlərinin enerji təhcizatında Azərbaycanın rolu barədə geniş çıxış etmişdir. Bu isə Azərbaycanın Qərb ölkələrinin rəhbərliyi ilə yüksək siyasi dialoqun olmasından xəbər verir. Hiss olunur ki, Azərbaycanın belə mötəbər tədbirlərdə ən yüksək səviyyədə qaşılanması ölkəmizə olan hörmət və ehtiramdan irəli gəlir. Azərbaycanın qurduğu uğurlu neft strategiyası məhz Şərq-Qərb enerji dəhlizinin formalaşmasını təmin etmişdir ki, bu imkanlardan Azərbaycan fəal şəkildə istifadə edərək aktiv xarici siyasət yürüdür. Bu tərəfdaşlığa həm Şərq, həm Qərb dövlətləri ilə qurulan layihələri daxil etmək olar”.
Rəfiqə NAMAZƏLİYEVA