Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb. Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb.

Bahar Muradova: “Bu, mənim üçün gözlənilməz olmuşdu”

Milli Məclis sədrinin müavini Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb.

AzNews.az-ın məlumatına görə, B.Muradova müsahibəsində səmimi etiraflar da edib:

“Mən heç vitse-spiker olmaq barədə düşünməmişdim. Zənnimcə, Azərbaycan hakimiyyətində təmsil olunan rəhbər şəxslər öz missiyasını uğurla davam etdirirlər və onlara bəslənən etimadları layiqincə doğrultmaqdadırlar. Bu, Azərbaycanın hazırkı uğurlarını, inkişafını şərtləndirən vacib amillərdəndir. Çox məmnunam ki, bu gün mən həmin insanlarla çiyin-çiyinə çalışaraq ölkə rəhbəri tərəfindən qarşıya qoyulan hədəflərə çatmaq üçün göstərilən fəaliyyətə hər hansı bir töhfə vermək imkanına malikəm. Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin bu qərarı verməsi mənim üçün gözlənilməz olmuşdu. Amma bir iqtidar partiyasındasansa, onun üst qurumunda təmsil olunursansa, hakimiyyət qanadlarının birində təmsil olunacağını gözləmək mümkündür. Konkret olaraq isə hansısa vəzifəni düşünmək, özünü ona kökləmək, ona doğru getmək mənə yaddır. Vəzifələri seçmək bizim işimiz deyil. Çünki partiya hansı üzvünün hansı vəzifəni daşıyacağına özü qərar verir. Biz də partiyanın əsgəriyik. Hara göndərsələr, hansı işi həvalə etsələr, çalışacağıq ki, onun öhdəsindən layiqincə gələk”.

Ədil Ədilzadə
AzNews.az