“Uzun illərin uğursuzluqlarını ört-basdır etmək üçün bu metodu daha asan və gücçatan sayırlar” “Uzun illərin uğursuzluqlarını ört-basdır etmək üçün bu metodu daha asan və gücçatan sayırlar”

“Onların hansısa nailiyyətə, uğura imza atacağına ilk növbədə özləri inanmır”

“Uzun illərin uğursuzluqlarını ört-basdır etmək üçün bu metodu daha asan və gücçatan sayırlar”

Yanvarın 19-da radikal müxalifət mitinq keçirdi və bəlli oldu ki, ictimai diqqətə çatdırmaq istədikləri fikirlər düz 25 il bundan əvvəl səsləndirdikləri fikirlərin eynisidir. Bu onun göstəricisidir ki, ötən 25 il ərzində Azərbaycanda hər nə varsa köklü şəkildə və müsbət istiqamətdə dəyişsə də, müxalifətin düşüncəsi və müxalifətçilik fəlsəfəsi dəyişməyib. Ancaq hiss edilir ki, radikal dairələr bu ilin əvvəlindən başlayaraq aksiyaları intensivləşdirməkdə maraqlıdır və belə niyyətlərinin olduğunu gizlətmirlər. Belə olduqda radikal müxalifətin mitinq keçirmək və bunun fonunda fəallaşmaq istəyinin iki səbəbi ola bilər. Ya radikalların uğur qazanmağa inamları möhkəmlənib, ya da əriyib görünməz olmaq qorxusu onları özündən çıxarıb. Bunlardan hansını inandırıcı saymaq olar?

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, radikal müxalifətin heç vaxt özünə inamı olmayıb: “Onlar son 25 il ərzində öz güclərinin nə dərəcədə azaldığının fərqindədirlər. Bunu hamıdan gözəl onların özləri bilir. Buna görə də, onların hansısa nailiyyətə, uğura imza atacağına ilk növbədə özləri inanmır. Çünki Azərbaycanda həm bunu şərtləndirən amillər yoxdu, həm də onların gücü, potensialı belə bir missiyyanı yerinə yetirmək üçün adekvat deyil. Sualınızın ikinci hissəsindəki arqumenti daha inandırıcı sayıram. Bəli, uzun -uzadı müxalifçilik və bu yöndə doğru olmayan taktika üzrə hərəkət onları tamamilə iflas həddinə çatdırıb. Onlar gözəl bilirlər ki, gündəmdə qalmağın yeganə yolu belə yersiz səs-küylərin salınmasından keçir. Uzun illərin uğursuzluqlarını ört-basdır etmək üçün bu metodu daha asan və gücçatan sayırlar. Bunlar da köhnəlmiş vasitələr olduğu səbəbindən özünü doğrultmur. Müxailfətin həmin kəsimi bütün seçkilərdə iştirak edir, amma heç bir uğur qazana bilmirsə, bunun günahını onlar ilk növbədə özlərində axtarmalıdırlar. Sizi tam əmin edirəm ki, bu cür metodlarla onlar onsuz da az olan elektoratlarını xərcləmiş olurlar. Bunun onlara ziyandan başqa hansısa faydası yoxdur”.

Rauf Zeyninin sözlərinə görə, radikal dairələrin gündəmdə qalmaq istəməsinin başqa bir səbəbi isə daxili yox, xarici faktorla əlaqəlidir: “Biz bir versiyanı qeyd etdik ki, həmin dairələr əriyib yoxa çıxmamaq üçün belə mübarizə metoduna üstünlük verirlər. Bu, daxili faktordu. Amma burda mən xarici faktorla bağlı olan detalları da görürəm. Həmin müxalif partiyaların vitrinlərinə baxın. Bu 25 ildə eyni similar ordan tərpənmir. Heç bir işlə məşğul olmurlarsa, bunların dolanışığı nəyin hesabınadı? Təbiidir ki, xarici maliyyələşmənin. Xaricdən də maliyyəni kiməsə elə-belə ötürmürlər. Həmin pulun müqabilində hansısa işləri görməlisən. Bu cür aksiyaların keçirilməsi həm də xarici donorlardan pul qoparmağa, alınan pulun hesabatını verməyə hesablanıb. Artıq bu həm də bəzi adamların yaşayışını, ailə problemlərini həll edən bir biznesə çevrilib. Müxalifətin radikal qanadında olan bəzi adamlar bu rahat qazancdan əl çəkmək fikrindəı deyillər. Nə də ki, monopolyiaya aldıqları gəlir gətirən sahəni kiməsə güzəştə getmək istəyirlər. Hesab edirəm ki, belə üsullarla nəyəsə nail olmaq mümkün deyil. Onlara məsləhət görərdim ki, hakimiyyətin apardığı islahatlara, yeniləşməyə baxıb bundan nəticə çıxarsınlar. Öz daxillərində bir islahata, yeniləşməyə, yeni təfəkkürün əmələ gəlməsinə maraq göstərsinlər. Anlasınlar ki, küçələrdə səs-küy salmaqla nəsə həll edilmir”.(baki-xeber.com)

© AzNews.az