Dövlət Gömrük Komitəsi çox böyük nailiyyətlər əldə edib Dövlət Gömrük Komitəsi çox böyük nailiyyətlər əldə edib

"İslahatların göstəricisi Azərbaycanın ev sahibliyi etdiyi bugünkü tədbirdir"

Dövlət Gömrük Komitəsi çox böyük nailiyyətlər əldə edib

"Bu gün Azərbaycanda çox güclü islahatlar gedir".

AzNews.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş nazir Novruz Məmmədov dedi.

O, Azərbaycanda gedən islahatların göstəricilərindən birinin də bu gün burada keçirilən tədbir olduğunu bildirdi:

"Dünyanın əksər ölkələrinin gömrük fəaliyyəti ilə məşğul olan yüksək səviyyəli nümayəndələri burada öz təcrübələrini bölüşərək sahəni daha da inkişaf etdirmək istəyirlər. Çünki gömrük sahəsində atılan addımlar ölkənin iqtisadiyyatının, eləcə də bütün sahələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Düşünürəm ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi bu sahədə çox böyük nailiyyətlər əldə edib. Şübhəsiz ki, bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Bu gün Ümumdünya Gömrük Təşkilatı ilə görülən işlər öz töhfəsini və nəticəsini göstərəcək".

Xatırladaq ki, bu gün Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) "İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi" öz işinə başlayıb. Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirdə 91 ölkənin gömrük və şərhə xidməti orqanlarının, biznes, hökumət sektorunun 500-ə qədər nümayəndəsi qatılıb.

Pərvanə Ağazadə

AzNews.az