- Göz önü
- 3 Oktyabr 2019 22:10
- 1 640
Vilayət Eyvazovdan yeni təyinat
Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib
Daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.
Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.(report.az)
AzNews.az