Aparıcı, həmçinin ARB Media Qrupunun rəhbərliyinə də minnətdarlıq edib Aparıcı, həmçinin ARB Media Qrupunun rəhbərliyinə də minnətdarlıq edib

Anar Nəcəfli İlham Əliyevə təşəkkür etdi

Aparıcı, həmçinin ARB Media Qrupunun rəhbərliyinə də minnətdarlıq edib

Tanınmış aparıcı Anar Nəcəfli Prezident İlham Əliyevə təşəkkür edib.

AzNews.az xəbər verir ki, o, həmçinin ARB kanalının rəhbərliyinə də minnətdarlığını ifadə edib:

“Mənə göstərilən bu yüksək qiymətə görə, cənab Prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Həmçinin başda İsmət Səttarov olmaqla bütün ARB Media Qrupa, Rəşad Məmmədova, mənim TV sahəsinə gəlməyimə yardımçı olan şəxslərə minnətdarlığımı bildirirəm. Mənə bu illər ərzində dəstək olanları, ailəmi, yaxınlarımı, dostlarımı, tanışlarımı, məni təbrik edən və etməyən hər kəsi öpürəm, bağrıma basıram”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla ARB kanalının aparıcısı Anar Nəcəfli “Tərəqqi” medalı ilə təltif edilib.

Bahar

AzNews.az