Bu barədə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək Bu barədə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək

General plyonka ilə bağlı göstəriş verdi

Bu barədə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti sabah başa çatsa da, sürücülər barəsində inzibati tənbeh görülməyəcək.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib.

Göstərişə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək.(qafqazinfo.az)

AzNews.az