- Göz önü
- 8 Dekabr 2019 12:16
- 3 549
Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir
Mərasim Qubada “Mədəniyyət evi”ndə təşkil olunub
Uzun sürən xəstəlikdən sonra dünyasının dəyişən Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi keçirilir.
Mərasim Qubada “Mədəniyyət evi”ndə təşkil olunub.
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.
Allah rəhmət eləsin! (apa)
AzNews.az