- Göz önü
- 10 Dekabr 2019 18:05
- 2 576
Elmar Məmmədyarov Latviyaya gedir
Məmmədyarov Latviyaya dekabrın 12-13-də səfər edəcək.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.
Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidməti xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.
Səfər zamanı o, Latviyanın prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.(report.az)
AzNews.az