Şagirdlər 3 martdan etibarən tədris prosessindən kənarda qaldıqları üçün bir sıra bilik və bacarıqları unudublar Şagirdlər 3 martdan etibarən tədris prosessindən kənarda qaldıqları üçün bir sıra bilik və bacarıqları unudublar

"Bunun təhsil üçün ağır fəsadları olacaq” - Ekspert rəyi

Şagirdlər 3 martdan etibarən tədris prosessindən kənarda qaldıqları üçün bir sıra bilik və bacarıqları unudublar

“Əlbəttə ki, təhsil ölkədə öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ən böyük sahədir. Ona görə də yoluxma dairəsi onun sayəsində daha çox ola bilərdi”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov pandemiya səbəbi ilə dayandırılaraq onlayn keçirilən dərslərin necə səmərə verəcəyi haqda AzNews.az-a danışan zaman deyib.

“3 martdan pandemiya səbəbi ilə bütün tədris prosesi dayandı. Bununla yanaşı repititor fəaliyyəti və hazırlıq kurslarının da fəaliyyətinə məhdudiyyət tətbiq edildi.

Amma ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində koronavirus nəzarətə alına bildi və ardınca 27 apreldən başlayaraq bir sıra sahələrdə yumşaldıcı addımlar atılmağa başladı.

Lakin bu yumşalıdıcı addımlar təhsil sistemindən, xüsisilə iqtisadiyyata əmək haqqı, vergi ilə dəstək verən hazırlıq kurslarına, tədris mərkəzlərinə yaxın gəlmədi.

Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosessdindən kənarda qaldıqları üçün bir sıra bilik və bacarıqları unudublar.

May ayından etibarən ölkədə kafe, restoran və iri molların fəaliyyətinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil.

Birincisi ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verirlər, onların inkişafına xidmət edirlər.

Düzdür, 27 apreldən fərdi qaydada repitiror fəaliyyətinə icazə verilsə də hazırlıq kursları burada kənarda qalıb. Necə olur ki, 1 müəllim 1 şagird dərs keçəndə virus yoluxur, amma onlarla adam çayxanada oturanda virus yoluxmur?

Özəl sektora, xüsusi ilə ölkədə təhsilin inkişafına xüsusi xidmət edən özəl təhsil sektoruna qarşı belə düşmən mövqe nümayiş etdirmək olmaz.

Hüquq mühafiə orqanlarını diqqətli olmağa çağırıram. Gizli fəliyyət göstərir kimi təqdim etdiyiniz təhsil mərkəzi narkotik yetişdirmir, qaçaqmalçılıq ilə məşğul olmur. Onlar ölkənin gələcək şəxsiyyətlərinə bilik, savad verirlər.

Nazirlər Kabinetinə müraciət edirəm ki, çayxanalara, restoranlara aid edilən fəaliyyət icazəsini hazırlıq kursları, tədris mərkəzlərinə də şamil etsinlər. Bu ikili standartdır. Bunun təhsil üçün ağır fəsadları olacaq”.

Səidə Vahid

AzNews.az