ATU-ya yeni prorektor təyin olundu

Bu vəzifəsi professor Rafiq Məmmədhəsənov icra edirdi

Azərbaycan Tibb Universitetində (ATU) yeni təyinat olub.

AzNews.az xəbər verir ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. O, buna qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.