Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib

Deputatın oğlu Polis Bölməsinə rəis təyin edildi

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib

Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub.

AzNews.az-ın APA-ya istinadən məlumat verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

AzNews.az