- Göz önü
- 4 May 2021 13:15
- 5 658
Spiker deputatlara irad bildirdi
Spiker qanun layihəsinə səsvermə zamanı deputatların telefonla danışmasına etiraz edib
Milli Məclisin spikeri Sahibə Qafarova deputatlara irad tutub.
AzNews.az xəbər verir ki, spiker qanun layihəsinə səsvermə zamanı deputatların telefonla danışmasına etiraz edib.
“İclasa girəndə telefonlarınızı söndürün. Çalışın, iclas zamanı kimsə danışmasın. Kim danışmaq istəyirsə, çıxsın”, - deyə S. Qafarova bildirib.