- Göz önü
 - 26 İyul 2021 15:18
 - 6 632
 
"Covid-19-dan ölənlərin 99%-i vaksin vurdurmayanlardır"
            "Doğru seçim peyvəndlənmədir"
“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.
AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o, qeyd edib.
Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.