Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi

DİN Sevinc Məhərrəmovanın qətli barədə iddialara cavab verdi

Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi

Paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır və polisi daha çox müzakirə obyektinə çevirməyə çalışırlar.

Bu iddiaların nə qədər əsaslı olması ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AzNews.az-ın sorğusunu cavablandırıb.

DİN rəsmisi bildirib ki, baş verən fakt ağır hadisədir, faciədir, bu hal baş verməməli idi: "Qarşısının alınması üçün qətlə yetirilən qadının “ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm” kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib.

Cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq təmin edilməsinə baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alındı. İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir.

Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür".