"Bu, təkcə Azərbaycan mədəniyyətinə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir" "Bu, təkcə Azərbaycan mədəniyyətinə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir"

Şuşanı gəzdikcə barbar ermənilərin törətdikləri vəhşiliklərin şahidi olduq - Kənan Qubadzadə

"Bu, təkcə Azərbaycan mədəniyyətinə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir"

Azərbaycanın incisi Şuşa şəhərinə səfər bizdə unudulmaz hisslər yaradıb. Azərbaycanın bu qədim diyarını dünyanın heç bir şəhərinə bənzətmək mümkün deyil. Şuşanın ən görməli və tarixi abidələrlə zəngin olan yerlərini gəzdikcə barbar ermənilərin törətdikləri vəhşiliklərin də şahidi olduq. Bu, təkcə Azərbaycan mədəniyyətinə deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Aznews.az xəbər verir ki, bu fikirləri Şuşa şəhərinə səfəri zamanı Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib.

Şuşanın başdan-başa tarix, salnamə olduğunu vurğulayan K.Qubadzadə deyib: “Şuşanın hər yanı tarix, salnamədir. Şuşanın özü tarixi bir abidədir. Səfər zamanı məşhur Cıdır düzündə, Yuxarı və Aşağı Gövhərağa məscidlərində olduq, eyni zamanda, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər maddi-mədəniyyət abidələrinin yerləşdiyi ərazilərə baxış keçirdik”.

O qeyd edib ki, vətəndaş cəmiyyətlərinin, gənclər təşkilatlarının nümayəndələrinin Şuşaya səfəri böyük əhəmiyyət daşıyır. Belə ki, Şuşa, Kəlbəcər, Füzuli və işğaldan azad edilmiş digər ərazilərimizlə bağlı bir sıra layihələrin həyata keçirilməsi vacibdir. Hər bir vətəndaş cəmiyyəti Qarabağın yenidən qurulmasına öz töhfəsini verməlidir.

image description image description image description image description