"Məmurlara Prezidentimizin sadəliyi, insansevərliyi, humanistliyi nümunə olmalıdır" "Məmurlara Prezidentimizin sadəliyi, insansevərliyi, humanistliyi nümunə olmalıdır"

"İcra başçısı işləyə bilmirsə, "kreslo"sunu cavan kadrlara versin" - Niyaməddin Orduxanlı

"Məmurlara Prezidentimizin sadəliyi, insansevərliyi, humanistliyi nümunə olmalıdır"

Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin etdi. Hər iki icra başçısını onlayn qəbul edən dövlət başçısı bildirdi ki, onlar sələflərinin aqibətindən nəticə çıxarıb, vəzifədə olduqları bölgələrdə yaşayan əhaliyə vicdanlı xidmət göstərərək, onlara olan etimadı doğrultmalıdırlar.

Məsələ odur ki, cəmiyyətdə insanlar məmurlara qarşı heç də birmənalı fikirdə deyillər. Əksəriyyət yeni vəzifəyə təyin olunan, xüsusilə icra məmurlarının keçmişdən dərs götürməyib vəzifəsindən sui-istifadə edəcəyindən narahatdır.

Bu barədə Metbuat.az-a açıqlama verən BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirdi ki, cənab Prezidentin, icra başçılarının vəzifəyə təyin olunandan sonra özlərini kiçik rayon padşahları kimi aparması barədə kifayət qədər məlumatı var.

“Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev bölgələrə yeni icra başçılarının təyin olunmasıyla bağlı etdiyi çıxış ilk deyildir. Prezident hər dəfə təyin etdiyi icra başçılarına qarşı çox böyük məsuliyyət və tələblər irəli sürür və doğru da qeyd edir. Çünki cənab Prezident ölkədə baş vermiş hadisələr barədə kifayət qədər məlumatlı olur və bir sıra mənbələrdən əldə etdiyi informasiyalar var. Prezident İlham Əliyev çox yaxşı bilir ki, icra başçıları nəinki özlərini yüksək statusla imtiyazlı toxunulmaz şəxs kimi aparır hətta böyük cinayətlər törədərək, küllü miqdarda korrupsiya faktlarına yol verirlər. Onlar iş adamlarını incidərək daha çox sahibkarın bizneslərinə əl uzadırlar. Bununla kifayətlənməyib, müxtəlif vasitələrlə iş adamlarına təzyiqlər edirlər. Hətta dövlətdən ayrılmış aztəminatlı ailələrin vəsaitlərini əl uzadırlar. Bütün bu dəhşətli faktlardan Cənab prezident xəbərdardır”.

Bəs problem nədədir? İdarəetmənin təməl prinsiplərinin dəyişdirilməsinə ehtiyac varmı? N.Orduxanlı vurğuladı ki, məsələ məsuliyyət və vicdanlı olmaqla bağlıdır. Ona görə də vicdanlı məmurların daha çox etimad göstərilib önə çəkilməsi vacibdir. Məhz Cənab Prezident o tendensiyanı həyata keçirir.

“Bildiyiniz kimi, bizim təxminən səkkiz icra başçımız həbs olunub və bir çoxu da vəzifədən uzaqlaşdırılıb. Onlar bütün icra başçıları üçün nümunə olmalıdır. Onların missiyası xalqa xidmət etməkdir. Məmurlara Prezidentimizin sadəliyi, insansevərliyi, humanistliyi nümunə olmalıdır. Xüsusən də ölkənin birinci vitse prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirən zaman görürük ki, birinci xanım, nə qədər sadə, insansevər vətəndaşların problemlərini dinləyən və aradan qaldırılması istiqamətində addımlar atan bir şəxsiyyətdir. Bu davranışlar nəinki icra başçılarına, nazirlərə, nazir müavinlərinə, komitə sədrlərinə, qanunverici orqanın nümayəndələrinə nümunə olmalıdır. Məmurların bir çoxları vəzifə sahibi statusunu qazanandan sonra özlərini itirirlər. Eyforiyaya qapılırlar onlarda başgicəllənmə yaranır. Onlar unudurlar ki, dövlət büdcəsindən ayrılan vəsait xalqın sosial rifahının yaxşılaşdırılmasına xərclənməlidir. Həmçinin oturduqları kreslonun mahiyyətini dərk edib vətəndaşların üzərinə qapı bağlamaqdansa, əksinə onlar özləri yerli camaatın qapılarına gedib problemləri ilə maraqlanmalıdırlar. Mən düşünürəm ki, icra başçıları Cənab Prezidentin çıxışından ciddi şəkildə nəticə çıxartmağa çalışacaqlar və güman edirəm ki, bu açıq şəkildə ortaya qoyulan bir mövqe idi”.

Niyaməddin Orduxanlı qeyd etdi ki, hansı icra hakimiyyəti başçısı Ali rəhbərin buyurduğu yol ilə getməyəcək, o da sələflərinin taleyini yaşayacaqdır.

“İşləyə bilmirlərsə, yerləini savadlı gənc kadrlarımıza versinlər. Onlar illərdir siyasətdə yetişib formalaşıblar. Məhz belə gənc liderlərə etimad göstərilib qabağa çəkilməlidir. Heç kəs hansısa məmurun arxasında olduğunu düşünüb xalqı incitməməlidir. Necə ki, Cənab Prezident xalqa söykənib illərdir xalqdan dəstək alaraq bu siyasəti aparır, o həmin məmurlar da xalqın içində olmağı bacarmalıdırlar”.