Ombudsman Aparatı məlumat yayıb Ombudsman Aparatı məlumat yayıb

Azərbaycan Ombudsmanı Bolqarıstana səfərə yola düşüb

Ombudsman Aparatı məlumat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə komissiyasının dəvəti əsasında həmin ölkənin paytaxtı Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, səfər iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədini daşıyır. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, ikitərəfli Memorandumun imzalanması gözlənilir.