DİN yanında İŞ vətəndaş müraciətləri ilə bağlı İşçi Qrup yaradıb

DİN yanında İctimai Şuranın Fəaliyyət Planının layihəsi geniş müzakirə olunub

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

AzNews.az xəbər verir ki, şura sədri Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı iştirakçılara məlumat verib.

Şura üzvü Taleh Şahsuvarov isə İctimai Şuranın qəbul etdiyi bəyanat və digər sənədlərlə bağlı məlumatların mediada işıqlandırılması vəziyyəti ilə bağlı üzvləri məlumatlandırıb.
İctimai Şuraya daxil olun müraciətlər haqqında Şura sədrinin müavini Xalid Kazımov məlumat verib. X.Kazımov Şura üzvlərinə 14 müraciət daxil olduğunu, onların hər biri ilə bağlı müvafiq addımların atıldığını və aidiyyati üzrə yönləndirildiyini qeyd edib. Şura sədri Ə.Nuriyev isə qeyd edib ki, müraciətlərdə qaldırılan problemlərin əksəriyyəti həllini tapıb: “Bütün müraciətlər diqqətlə araşdırılıb, təkliflər nəzərə alınıb, şikayət xarakterli olanlar isə DİN rəhbərliyinə yönəldilib və öz həllini tapıb”.
Ə.Nuriyev qeyd etdi ki, Şura adından Daxili İşlər Nazirliyinə ünvanlanan müraciətə də rəsmi cavab göndərilib.
Daxil olan müraciətlərin araşdırılıb həllini tapması üçün 3 nəfərdən ibarət işçi qrupu yaradılıb.
İclasda İctimai Şuranın ofisində işin təşkili ilə bağlı məsələ müzakirə edilib. Məsələ ilə bağlı Şura üzvləri təkliflərini səsləndirib, qərara alınıb ki, İctimai Şuranın sosial şəbəkə üzərindən hesabları yaradılsın.
DİN yanında İctimai Şuranın Fəaliyyət Planının layihəsi geniş müzakirə olunub və səsləndirilən təkliflər nəzərə alınmaqla qəbul edilib.
İctimai Şuranın gender əsaslı zorakılıq və narkomaniya əleyhinə mübarizəyə dəstək məqsədi ilə tədbirlərinin keçirilməsi qərara alınıb, hər iki tədbirə hazırlıq üzrə işçi qruplar yaradılıb.
İctimai Şuranın DİN-in müvafiq strukturları ilə görüşlər keçirməsinin vacibliyi qeyd olunub. Qərara alınb ki, vətəndaşlardan daxil olan müraciətlər və mövcud problemlər nəzərə alınmaqla konkret təkliflər hazırlanaraq belə görüşlərin keçirilməsinə hazırlıq görülsün.
Toplantıda, həmçinin, DİN yanında İctimai Şuranın 8 noyabr-Zəfər Günü ilə bağlı keçirəcəyi tədbirlər barədə təkliflər irəli sürülüb və qəbul olunub.

image description