İşıqlı adama günəşli gündə son vida İşıqlı adama günəşli gündə son vida

Əvəz Həsənov dəfn olundu - FOTOLAR

İşıqlı adama günəşli gündə son vida

Azərbaycanın ən önəmli fikir adamlarından olan, konfliktoloq, mədəni və səmimi insan Əvəz Həsənov bu gün son mənzilə yola salınıb.

Qəfil ölümü ilə vətəndaş cəmiyyətinin nümayəndələrini dərindən sarsıtmış Humanitar Tədqiqarlar Cəmiyyətinin mərhum sədri Biləcəri qəbiristanlığında dəfn olunub.

Azərbaycan cəmiyyəti və dövləti öz dəyərli aydını ilə layiq olduğu yüksək ehtiramla vidalaşıb.

Mərhumun 7-ci mikrorayonda yerləşən evinin önündəki cənazə namazında və məzarıstandakı dəfn törənində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, PA-nın QHT-lər üzrə məsul əməkdaşı Vüsal Quliyev, millət vəkili Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova, Arzu Abdullayeva, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov və digər çox sayda QHT təmsilçiləri, tanınmış jurnalistlər Anar Yusifoğlu, Kərim Kərimli, Eldəniz Elgün, Taleh Şahsuvarlı, Elşad Eyvazlı, Asəf Quliyev, Əvəz Həsənovun doğmaları olan Xalid Vahidoğlu, Etibar Seyidağa, Səbuhi İsayev qatılıb.

Əvəz Həsənov işıqlı adam idi, payızın son vədəsi olmasına baxmayaraq, günəşli bir gündə də torpağa tapşırıldı.

Onun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Allah rəhmət etsin!

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description