Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib

Qız uşaqlarının itməsi hallarının artması iddialarına DİN-dən münasibət

Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.

Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.

"Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - DİN rəsmisi vurğulayıb.