DİN yanında İŞ baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir DİN yanında İŞ baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir

DİN yanında İctimai Şura jurnalistə bıçaqlı hücumdan narahatdır

DİN yanında İŞ baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri,
general-polkovnik cənab Vilayət Eyvazova
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın adından müraciət ümvanlayıb.

AzNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli, cənab nazir!

2022-ci il mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edilməsi dərin narahatlıq yaradır. Jurnalist Aytən Məmmədova mediaya verdiyi məlumatda bildirir ki, yaşadığı binanın blokunda liftə minərkən naməlum şəxs onun ardınca liftə daxil olub və üzərinə bıçaq çəkib. Həmin şəxs Aytən Məmmədovanın boğazına bıçaq çəkərək hədələyib, “ağıllı olmağı” bildirib və qızı ilə təhdid edib.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir.
İctimai Şura Daxili İşlər Nazirliyinin Aytən Məmmədovaya qarşı hücum hadisəsi ilə bağlı dərhal reaksiya verərək, ilkin araşdırmaya başlamasını Nazirliyin məsələyə xüsusi həssaslıqla yanaşmasının təzahüri kimi qiymətləndirərək həmin şəxsin tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi üçün bundan sonra da bütün mümkün addımların atılmasının vacibliyini qeyd edir.
İctimai Şura bu məsləni daim diqqətə saxlamaqla və öz səlahiyyətləri daxilində obyektiv və hərtərəfli araşdırma aparılması, ictimaiyyətin məlumatlandırılması üçün səy göstərəcəkdir.

Hörmətlə,
DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev”.