- Göz önü
- 13 İyun 2023 15:36
- 11 528
AYB-nin 90 illiyi təntənəli şəkildə qeyd ediləcək - Rəşad Məcid
Bu gün Azərbaycan Yazıçılar Birliyinin yaranmasından 89 il ötür.
“Azərbaycan cəmiyyətinin həyatında həm sovet dövrü, həm də müstəqillik dövründə Azərbaycan yazıçılarının böyük xidmətləri olub”.
Bunu AzNews.az-a mövzu ilə bağlı danışarkən Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 90-cı ildönümünün təntənəli şəkildə qeyd olunması planlaşdırılır:
“Biz planlamışıq ki, birliyin öz üzvləri ilə birlikdə həm də xaricdən qonaqlar dəvət edək. Azərbaycan Yazıçılar Birliyi 90 illiyini təntənəli şəkildə qeyd eləməyə tam haqqı, mənəvi gücü olan bir təşkilatdır. Gələn il yəqin ki, 90 illiyimiz yüksək səviyyədə qeyd olunacaq”, - AYB-nin sədr müavini əlavə edib.
R. Məcid bildirib ki, həm sovet dövrü, həm də müstəqillik dövründə Azərbaycan yazıçılarının göstərdiyi böyük xidmətlər dövlət tərəfindən də, xalq tərəfindən də yüksək qiymətləndirilib:
“Biz özümüz də sovet dövründə Azərbaycan dilinin qorunmasında, Azərbaycandakı ictimai-siyasi məsələlərdə yazıçıların nə dərəcədə mühüm rolu olduğunun şahidiyik. Azərbaycanda yazıçı sözünə, fikrinə həmişə yüksək qiymət verilib. Yazıçılar Azərbaycanda yüksək vəzifələr tutublar. Biz arzulayırıq ki, bundan sonra da belə davam etsin”.
Rəşid Qarayev,
AzNews.az