- Göz önü
- 4 Sentyabr 2023 15:35
- 11 520
Vəkillər Kollegiyasına yeni mətbuat katibi təyin olundu
Azərbaycan Respublikası Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, tanınmış jurnalist İsmayıl Nəsibli Kollegiyanın mətbuat katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri "Report" İnformasiya Agentliyi olub. Jurnalist həmin Agentlikdə redaktor vəzifəsində işləyib.