Nəzakət Məmmədova həbs edildi

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, o, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.