- Göz önü
- 28 Avqust 2024 16:42
- 5 493
Əməkdar artist: “Seçkilərin ölkəmizin bütün ərazilərində keçirilməsi qələbəmizi bir daha təsdiqləyir”
“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin işğaldan azad edilən bölgələrində də keçiriləcək. Bu xəbər hər birimizi sevindirən, dərin anlam daşıyan məsələdir. Bu seçkinin əvvəli seçkilərdən əsas fərqi də məhz budur”.
Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə tanınmış xanəndə, respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova bildirib. O qeyd edib ki, bu seçki siyasi tariximizdə mühüm əhəmiyyət kəsb edən hadisədir:
“Ona görə ki, Xankəndidə, Şuşada, Laçında və işğaldan azad edilmiş digər ərazilərimizdə uzun illərdən sonra Milli Məclisə seçkilər keçirilir”.
N.Hüseynova əlavə edib ki, keçmiş məcburi köçkünlərimizin bölgələrimizə qayıdışı davam edir: “Qayıdan, məskunlaşan vətəndaşlarımızın artıq məhz doğulduqları, böyüdükləri torpaqlarda seçkidə iştirakı prosesə bi qədər də əlamətdarlıq qatır. Hesab edirəm ki, seçki prosesi sabit, uğurlu və gərginlik olmadan baş tutacaq”.