- Göz önü
- 30 Avqust 2024 13:14
- 6 410
Əməkdar jurnalist: “30 ildən sonra doğma el-obamda parlament seçkilərinin keçirilməsi məni sevindirir”
“Seçki ən böyük siyasi prosesdir. İstər prezident, istərsə də parlament seçkiləri ölkənin gələcəyini müəyyənləşdirən vasitələrdən biridir. Belə bir prosesin, yəni parlament seçkilərinin müstəqil dövlətimizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilməsi bizi olduqca qürurlandıran hadisədir. Əslən Ağdamdan olan bir vətəndaş kimi 30 ildən sonra doğma el-obamda belə bir siyasi prosesin baş verməsi məni sevindirir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar jurnalist, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu bildirib.
O xatırladıb ki, Bakıda və digər rayonlarımızda olduğu kimi, Qarabağın bölgələrində də seçki məntəqələri var və qayıdışı təmin olunan vətəndaşlarımızın səsverməsi üçün lazımi şərait yaradılıb: “İnanırıq ki, seçkilər şəffaf və demokratik prinsiplərə uyğun keçiriləcək”.