- Göz önü
- 31 Avqust 2024 13:45
- 5 890
MSK sədri: “Azad olunmuş ərazilərdə seçki məntəqələrində yaradılan şərait yüksək səviyyədədir”
Prezident seçkiləri Azərbaycanın dünya ictimaiyyəti tərəfindən tanınan suveren ərazisində keçirilən ilk seçki idi.
AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, erməni işğalından azad edilən ərazilərdə artıq 54 seçki məntəqəsi fəaliyyət göstərir:
“İndiki Milli Məclisə seçkilər də ilk seçkidir ki, Azərbaycanın bütün suveren ərazilərində keçirilir. Azad olunmuş ərazilərdəki məntəqələrdə şərait digər bölgələrdəki məntəqələrdən belə yüksək səviyyədədir”
M.Pənahov söyləyib ki, 7 min 077 müşahidəçi təkcə MSK-da qeydiyyatdan keçib. O qeyd edib ki, 105 min 672 nəfər isə məntəqə seçki komissiyalarında akkreditasiyadan keçiblər.