- Göz önü
- 30 Sentyabr 11:22
- 2 710
QHT sədri: Bu gün milli dəyərləri, ailə dəyərlərini təhdid edən amillər var
Bu gün milli dəyərləri, ailə dəyərlərini təhdid edən amillər var.
Bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov sentyabrın 30-da Bakıda "Vətəndaş cəmiyyəti milli-mənəvi dəyərlərə yönəlmiş ideoloji hücumlara qarşı" mübarizə mövzusunda keçirilən dəyirmi masa çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, belə meyillərin bir çoxu qlobal trendlərlə bağlıdır: "Biz milli dəyərlərimizin aşınmasına yol verməməli, belə meyillərə qarşı mübarizə aparmalıyıq".
S.Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunması dövlətin əsas prioritetlərindəndir.