- Göz önü
- 11 İyun 16:25
- 4 060
Ermənilərin Şimali Azərbaycana köçürülməsi tarixinə dair 2 kitabın onlayn versiyası 3 dildə təqdim edilib

“Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” (rus və ingilis dillərində) və “Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin regional təhlükəsizlik üçün nəticələri” (Azərbaycan dilində) kitablarının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.
Bu əsərlərin müəllifləri AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov və tarix elmləri doktoru, dosent Güntəkin Nəcəflidir.
Kitablarda ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri və digər sənədlərlə təkzibedilməz şəkildə sübut edilir. Kitablara, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib. Nəşrlərdə yazılır ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni “alimləri” tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsak nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.
Aznews.az