- Göz önü
- 13 İyun 11:16
- 1 781
Rəşad Mustafayev: Müharibə veteranlarına sosial dəstək tədbirləri davam etdirilir

Müharibə veteranlarına sosial dəstək tədbirləri davam etdirilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev jurnalistlər üçün brifinqdə deyib.
Onun sözlərinə görə, aylıq təqaüdlər gündəlik kommunal, nəqliyyat xərcləri və digər xərclərin qarşılanması üçün nəzərdə tutulub.
Nazir müavini dövlətin sosial tədbirlərinin əsasən əmək qabiliyyəti məhdud şəxslərə şamil edildiyini bildirib: “Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, çoxuşaqlı analar və başqalarıdır”.
R.Musyafayev ümumi yanaşmanın sosial ədalət prinsipinə əsaslandığını vurğulayıb:
“Veteranlarımız əmək qabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli təşfiq edilməsinə çalışırıq və onların məşğulluq imkanlarının yaradılmasına, eləcə də kiçik biznesə çıxışlarının olmasına çalışırıq”.