Hikmət Hacıyevdən diplomatların Qarabağa səfəri ilə bağlı daha bir paylaşım

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri ilə bağlı “X” hesabında paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"Diplomatik heyətlə səfərimiz Azərbaycan Hava Yollarının “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi də Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq".

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iki günlük səfər çərçivəsində Şuşa, Ağdam və Laçında olub. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Diplomatlar rayonda aparılan yenidənqurma və bərpa işləri, o cümlədən yeni infrastruktur obyektləri ilə tanış olublar.

AzNews.az