Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzaladı

Fikrət Fərrux oğlu Məmmədov "Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakı şəhərində dünyaya gəlib. Sabah onun 70 yaşı tamam olur. Fikrət Məmmədov 2000-2024-cü illərdə ədliyyə naziri olub, 2024-cü ildəndən Azərbaycan Konstitusiya Məhkəməsinin hakimidir.

AzNews.az