“İdrak" liseyində güllələnən müəllimin SON DURUMU açıqlandı

“İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti stabildir.

Aznews.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-da Binəqədi rayonu ərazisindəki “İdrak” liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı odlu silahla yaralayıb. Müəllimin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.

Aznews.az