- Üçüncü sektor
- 11 Noyabr 2018 16:21
- 1 695
Tanınmış aktyorun valideynləri son anda xilas edildi

Çarli Şin valideynlərini tapa bilmədiyini bildirib.
Amerika aktyoru və "Qızıl qlobus" mükafatı laureatı Çarli Şin Kaliforniya ştatının meşə və şəhərlərini əhatə edən dəhşətli yanğınlardan sonra valideynlərini tapa bilmədiyini bildirib.
Martin və Canet Şin Malibuda olublar.
Bu barədə "The Hollywood Reporter" nəşri yazıb.
Lakin jurnalistlər itkin düşən və sağ qalanlar haqqında məlumat toplaya biliblər. Məlum olub ki, Çarli Şinin valideynləri alova bürünən şəhərdən vaxtında xilas ediliblər və sağ qalıblar. Martin etiraf edib ki, bu, onun Malibuda yaşadığı 48 il ərzində ən dəhşətli yanğındır.(report.az)
AzNews.az